“Qarabağ”ın rəqibinin maraqlandığı məşqçi gələcəyi ilə bağlı qərar verib

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel gələcəyi ilə bağlı qərarını verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis milli komanda ilə müqaviləsinin müddətini 2028-ci ilə qədər uzatmaq niyyətindədir. Tərəflər arasında yeni razılaşmanın yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Tuxelin hazırkı sözləşməsinin müddəti 2026-cı il dünya çempionatının başa çatmasından sonra qüvvədən düşəcək. Daha əvvəl mətbuatda Premyer Liqanın iki klubu – “Mançester Yunayted”in və “Nyukasl”ın onunla maraqlandığı bildirilirdi.

İngiltərə millisi Tuxelin rəhbərliyi altında 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Mundial Meksika, Kanada və ABŞ olmaqla üç ölkədə keçiriləcək.

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button