Türkiyə klubu Hamşiklə müqavilə imzaladı

Türkiyənin “Trabzonspor” klubu daha əvvəl razılaşdığı yarımmüdafiəçi Marek Hamşiklə müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə iki illik sözləşmə imzalanıb.

Hamşik daha əvvəl İtaliyada “Breşiya”, “Napoli”, Çində “Dalyan İfan” klubunda çıxış edib. Slovakiya milli komandasının üzvü olan yarımmüdafiəçinin son klubu İsveç “Göteborq”u olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button