“Qalatasaray” yeni transferini icarəyə verdi – Rəsmi

Türkiyənin “Qalatasaray” klubu bu yay transfer etdiyi Valentine Ozornvaforu icarəyə verib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı müdafiəçini “Almeriya”ya icarəyə verib. Bu barədə “Qalatasaray”ın rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçi 2019/20 mövsümünü İspaniya Sequndası təmsilçisində keçirəcək.

“Almeriya” mövsümün sonunda 1,8 milyon avro ödəməklə Ozornvaforun transfer hüquqlarına sahib ola bilər.

“Qalatasaray” Ozornvaforu bu yay Nigeriyanın “Enyimba” klubundan 300 min avroya transfer edib. Gənc futbolçu “sarı-qırmızılar”ın 3 yoxlama oyununda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button