“Qəbələ”yə 2 qol vurdu, Türkiyə klubuna keçdi

Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Gürcüstan “Dinamo”sundan Levan Şengeliyanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 2+1 şərti ilə müqavilə imzalanıb.

Şengeliya “Dinamo”nun Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”yə qarşı keçirdiyi hər iki oyunda (ilk oyun 2:0, cavab oyunu 3:0) iştirak edib. O, Tbilisidə keçirilən cavab görüşündə 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button