“Fənərbaxça”da 3 illik müqavilə

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Kasımpaşa”dan ayrılan Çağatay Kurukalıpı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Fənərbaxça” “Kasımpaşa”ya futbolçunu yetişdirməsi məbləği kimi 50 min avro ödəyəcək.

Çağatay Türkiyənin U-19 yığmasının üzvüdür.

“Neftçi” Avropa Liqasının 3-cü mərhələsində Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdırsa, pley-offda “Fənərbaxça” ilə qarşılaşacaq.

“Neftçi” HİK-lə ilk matçda qollu bərabərə qalıb – 2:2. Komandalar arasındakı cavab matçı avqustun 12-də, Finlandiyada olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button