Türkiyəli futbolçu İtaliya klubu ilə vidalaşdı

Futbol üzrə Türkiyə yığmasının yarımmüdafiəçisi Salih Uçan İtaliyanın “Empoli” klubu ilə yolları ayırıb.

Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

O, klub rəhbərliyinə, azarkeşlərə, birgə çalışdığı futbolçu və məşqçi heyətinə təşəkkürünü bildirib.

Salih Uçan “Empoli”yə 2018-ci ilin yayında “Fənərbaxça”dan transfer olunmuşdu. O, A Seriyası təmsilçisinin heyətində 14 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Empoli” isə 20 kollektiv arasında 18-ci yeri tutaraq, B Seriyasına yuvarlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button