Hakan Çalhanoğlu: “Qələbə qazanmaq istəyirik”

Türkiyə milli komandasının futbolçusu Hakan Çalhanoğlu AÇ-2020-nin qrup mərhələsinin ilk turunda İtaliyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi, ilk oyunun hər zaman xüsusi olduğunu deyib:

“Bu, komandamız və mənim üçün xüsusi bir oyundur. Qarşılaşma İtaliyada oynanılacaq və “Milan”dan olan komanda yoldaşlarımla görüşməyi səbirsizliklə gözləyirəm. İlk oyunlar hər zaman xüsusi olur.

Meydanda bacardığımız hər şeyi edəcəyik. İtaliyanın yaxşı futbolçuları, məşqçiləri var. Bizim də yaxşı futbolçularımız və məşqçimiz var. Düşünürəm ki, əla oyun olacaq. Qələbə qazanmaq istəyirik”.

Bu gün keçiriləcək İtaliya – Türkiyə matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button