Türkiyə mətbuatı: SOCAR “Qalatasaray”ın sponsoru olacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə klubunun sponsoru ola bilər.

Komanda.az xəbər verir ki, SOCAR-ın sponsorluq edəcəyi klubun “Qalatasaray” olduğu deyilir. Bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb.

Məlumata görə, “cim-bom”un ev oyunlarını keçirdiyi Ali Sami Yen adına stadion SOCAR-ın adını daşıyacaq. Bundan başqa, komandanın formasının ön hissəsində şirkətin adı yazılacaq. SOCAR-ın İstanbul klubuna bir ulduz futbolçunun transfer xərclərini qarşılayacağı da deyilir.

Tərəflər arasında 4 illik müqavilə imzalanacağı gözlənilir. Anlaşma baş tutsa, “Qalatasaray” illik 20-25 milyon avro gəlir əldə edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button