Türkiyə klubunda rumıniyalı baş məşqçi – Rəsmi

Türkiyənin “Qaziantep” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini Mirel Radoi çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rumıniyalı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

45 yaşlı məşqçinin son iş yeri ölkəsində FKSB olub. O, ötən gün Buxarest klubundan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button