Türkiyə klubu Şeydayevi Rusiya vətəndaşı kimi sifariş edib

“Kocaelispor” klubu yeni transferi Ramil Şeydayevi Rusiya vətəndaşı kimi sifariş edib.

Komanda.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə bağlı müraciət qəbul olunub.

28 yaşlı hücumçu 2025-ci il iyunun 30-na qədər “Kocaelispor”un oyunçusu kimi qeydiyyata alınıb. Bu isə o deməkdir ki, Şeydayevin 1-ci liqa klubunun heyətində rəsmi matçlarda iştirak etməsində heç bir maneə yoxdur.

“Kocaelispor” 1-ci liqanın 19-cu turu çərçivəsində yanvarın 20-də Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button