Türkiyə klubu Pirlonu İnzaqi ilə əvəzləyir

“Recina”nın baş məşqçisi Filippo İnzaqi “Fatih Karagümrük”ün “sükanı arxasına” keçə bilər. O, Türkiyə klubu ilə yollarını ayıran Andrea Pirlonu əvəz edəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. Klub artıq mütəxəssislə razılığa gəlib. Türkiyə klubunun rəhbərliyi Cennaro Qattuzo ilə də danışıb, lakin İnzaqi prioritetdir.

Pirlo 2022-ci ilin iyunundan “Fatih Karagümrük”ü çalışdırırdı. Mayın 24-də klub italiyalı mütəxəssisin komandadan ayrılacağını açıqlayıb.

İnzaqi futbolçu karyerasını 2012-ci ildə başa vurub. O, bundan əvvəl “Milan”, “Venesiya”, “Bolonya” və “Benevento” klublarında çalışıb.

“Fatih Karagümrük” Türkiyə çempionatında 33 oyundan 44 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button