Türkiyə klubu “Neftçi”nin hücumçusunu istəyir

Tanınmış futbolçu Vensan Abubakar “Neftçi”dən ayrıla bilər.

Komanda.az “Africafoot”-a istinadən xəbər verir ki, kamerunlu forvardın yenidən Türkiyəyə qayıdacağı gözlənilir. Ona bu ölkənin 1-ci liqa klubu maraq göstərir. “Bursaspor” Abubakarı heyətinə qatmaqda israrlıdır.

Onun “Neftçi” ilə müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq. 33 yaşlı futbolçu Türkiyə klubuna azad agent kimi keçə bilər.

“Neftçi”nin Abubakarla müqaviləsində “+1” bəndi də yer alır. O, “Neftçi”nin heyətində 18 oyun keçirib, 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button