“Trabzonspor” milli üzvü ilə razılaşdı

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Çinin “Uhan” klubundan Jan-Evrar Kuassi ilə razılaşıb. Bu barədə “Trabzonspor” klubunun vitse-prezidenti Ərtoğrul Doğan yerli mətbuata açıqlamasında deyib.

“Trabzonspor” Kuassi ilə ilkin razılıq əldə edib. 27 yaşlı müdafiəçi yaxın zamanda Türkiyəyə gələrək, yeni klubu ilə müqavilə imzalayacaq.

Kuassi Fil Dişi Sahili milli komandasının da üzvüdür.