4 ildən sonra milliyə çağırılan Balotellidən açıqlama

Türkiyənin “Adana Dəmirspor” klubunun hücumçusu Mario Balotelli dörd il sonra yenidən İtaliya millisinə çağırılmasını şərh edib.

Komanda.az xəbər verir ki, “Football İtalia”ya danışan Balotelli, bunları söyləyib:

“İndi yaxşıyam, əhvalım yaxşıdır. 31 yaşında millidə oynamaq normaldır. Bunda anormal heç nə yoxdur. Mən Roberto Mançininin rəhbərliyi altında debüt etdim. Onunla danışdıq, hər şey qaydasındadır.

Ümid edirəm ki, İtaliya millisi dünya çempionatına vəsiqə qazanacaq. Milli komandamız buna layiqdir”.

Balotelli 2018-ci ildən sonra ilk dəfə bu ay keçiriləcək təlim-məşq toplanışı üçün milliyə çağırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button