
“Turan Tovuz”un qələbəsinə kölgə salmaq istəmirəm”
“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan danışıb.
Komanda.az xəbər verir ki o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Bilirdik ki, “Turan Tovuz” çox yaxşı komandadır. Komandam da bu oyuna çox yaxşl hazırlaşmışdı və yaxşı mübarizə apardıq. Uğur qazanmaq olar, lakin daha da üstünə qoymalıyıq, mübarizə aparmalıyıq.
“Turan Tovuz”un qələbəsinə kölgə salmaq istəmirəm. Çox keyfiyyətli komandadır, keyfiyyətli oyunçuları var.
Son iki oyunda oyunçularımdan görmək istədiyim əzmkarlığı görə bilmirdim.
Rəqibi tam dəyərləndirmək üçün vaxtımız oldu. Oyuna çox yaxşı hazırlaşmışdıq”.
Nəzrin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



