
Berdıyev “Zirə” ilə oyunu media-tribunadan izləyir – FOTO
“Turan Tovuz” bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Zirə” ilə qarşılaşır.
Komanda.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçı bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyev media-tribunadan izləyir. Belə ki, türkmənistanlı çalışdırıcı kubokun 1/4 final mərhələsində “Kəpəz”lə keçirilən ilk matçda (1:0) hakimə qarşı hərəkətinə görə 4 oyunluq cəzalandırılıb.
Oyun hazırda qarşılıqlı hücumlar şəraitində davam edir.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



