“Turan Tovuz” Berdıyevin cəzası ilə bağlı apellyasiya şikayəti verəcək

“Turan Tovuz” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda fevralın 5-də “Kəpəz”lə qarşılaşıb – 1:0.

Oyunun gedişində emosiyalarına hakim ola bilməyən tovuzluların baş məşqçisi Kurban Berdıyev qırmızı vərəqə ilə cəzalandırılıb. Belə ki, o, 64-cü dəqiqədə 4-cü hakimi itələdiyinə görə qarşısında qırmızı vərərə görüb.

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında türkmənistanlı çalışdırıcının cəzası açıqlanıb. O, komitənin qərarı ilə 4 oyunluq cəzalandırılıb.

Qərardan apellyasiya şikayəti verib-verməyəcəklərini öyrənmək üçün “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq. Klub rəsmisinin Komanda.az-a açıqlaması belə oldu:

“Məsələni qaldırmışıq. Qərardan apellyasiya şikayəti verəcəyik”.

“Turan Tovuz”la “Kəpəz” arasında kubokun cavab matçı martın əvvəllərində keçiriləcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button