“Turan” Gəncədən 3 xalla qayıtdı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub.

Komanda.az xəbər verir ki, 3-cü tur çərçivəsində “Turan” və “Gəncə” üz-üzə gəlib.

Gəncə İdman Sarayında keçirilmiş görüş region derbisi qonaq komandanın qələbəsi ilə yekunlaşıb.

Turun digər qarşılaşmalarında UNEC “Azərreyl”i, “DH Volley” isə “Murov Az Terminal”ı 3:0 hesabları ilə məğlub ediblər. “Gənclər” komandası bu turda istirahət edib. “Milli Aviasiya Akademiyası” – “Abşeron” oyununun keçiriləcəyi vaxt isə hələ bəlli deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button