“Arsenal”ın hücumçusunun ailəsində nə baş verir?

“Arsenal”ın hücumçusu Leandro Trossardın şəxsi həyatı ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun həyat yoldaşı Laura sosial şəbəkədə diqqət çəkən addım atıb. Belçikalı xanım, cütlüyün bütün birgə fotolarını, həmçinin, 2019-cu ildəki toy şəkillərini silib.

Lauranın səhifəsində yalnız belçikalı forvarddan olan övladları – 9 yaşlı Tyaqo və 3 yaşlı Amadeo ilə fotolar qalıb. Bundan əlavə, onun dekabrdan bəri paylaşdığı şəkillərdə nişan üzüyünün görünməməsi də diqqətdən yayınmayıb. Cütlük təxminən 13 ildir birlikdədir.

“Arsenal” mayın 30-da UEFA Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq. Oyun Macarıstanın paytaxtı Budapest şəhərində keçiriləcək.

Trossardın “topçular”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button