İngiltərəli futbolçu “Real”dan ayrılmağı düşünür

İngiltərə millisinin və “Real”ın müdafiəçisi Trent Aleksander-Arnold yayda klubundan ayrılmaq barədə düşünür.

Komanda.az xəbər verir ki, bu barədə “Tribal Football” məlumat yayıb.

27 yaşlı futbolçu Madrid klubunun yeni baş məşqçisi Alvaro Arbeloa ilə gərgin münasibətlərdən narazıdır. O, baş məşqçinin ona etimad göstərməməsindən və digər oyunçuları üstün tutmasından narahatdır.

İngiltərəli müdafiəçi yayda “Liverpul”dan “Real”a transfer olunub və müqaviləsinin müddəti 2031-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button