Traore Premyer Liqada klubunu dəyişdi – Rəsmi

“Vest Hem” İspaniya millisinin vingeri Adama Traorenin transferini rəsmən açıqlayıb.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu Premyer Liqanın digər təmsilçisi “Fulhem”dən londonluların heyətinə qoşulub. Transferin məbləği açıqlanmayıb.

“Barselona” akademiyasının yetirməsi olan Adama Traore Premyer Liqada 2015-ci ildən bəri “Aston Villa”, “Midlsbro”, “Vulverhempton” və “Fulhem”in forması ilə 262 oyuna çıxıb, 14 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button