“Transferlər üzərində iş hələ bitməyib” – Spaletti

“Napoli”nin baş məşqçisi Luçano Spaletti klubun yay transfer pəncərəsindəki planları barədə açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, transfer işlərinin hələ bitmədiyini deyib:

“Biz qərara gəldik ki, Xviça Kvaratsxeliya İnsinyeni əvəz etsin. Klub Oliveyranın alınması ilə hücum xəttindəki işləri də tamamladı. Ancaq transferlər üzərində iş hələ bitməyib, biz komandamızı məğlubedilməz edəcək uyğun variantlar axtarırıq”.

Gürcü futbolçu Xviça Kvaratsxeliya iyul ayının əvvəlində 10 milyon avroya “Napoli”yə keçib. O, komandanın heyətində ilk oyunda dubla imza atıb.

A Seriyasının 2022/23 mövsümü avqustun 14-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button