Transfer qadağası ilə üzləşən “Neftçi” cəzanın tezliklə ləğv olunacağına ümid edir

FİFA “Neftçi”yə transfer qadağası qoyub.

Komanda.az xəbər verir ki, bununla bağlı qərar FİFA-nın saytında yayımlanıb.

Cəzanın səbəbi açıqlanmayıb. Amma adətən belə qərarlar klubun hazırkı və ya sabiq futbolçuları (məşqçiləri) qarşısında borcları və ya maliyyə tələblərini pozmasına görə qəbul olunur.

“Neftçi” ilə bağlı qərar qarşıdakı üç transfer dövrünü əhatə edir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri. Bu o deməkdir ki, qadağa müddəti dəyişilməsə, “Neftçi” yeni oyunçu transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək.

Bu arada, artıq “Neftçi” tərəfi transfer qadağası qoyulması xəbərinə aydınlıq gətirib. Klub FİFA-nın transfer qadağası tətbiq etdiyini təsdiqləyib və problemin qısa zamanda aradan qaldırılacağını bildirib. “Neftçi” tərəfindən gecikmiş transfer ödənişi həyata keçirilib və qadağa yaxın günlərdə aradan qaldırılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button