“Traktor” 1/8 finalda dayandı

Futbol üzrə İran kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi “Aluminium Arak”la qarşılaşıb. İki cavabsız qola üzülən təbrizlilər kubokda mübarizəni dayandırmaq məcburiyyətində qalıblar – 0:2.

Xatırladaq ki, Təbrizin digər təmsilçisi “Maşinsazi” də 1/16 finalda mübarizəni dayandırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button