“Trabzonspor”da xorvat müdafiəçi

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi İtaliyanın “Udineze” klubunun xorvat müdafiəçisi Filip Benkoviçi icarəyə götürüb.

Trabzonlular 25 yaşlı futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüblər.

Anlaşmaya görə, icarə haqqı olaraq “Udineze”yə 500 min avro ödəniləcək. Türkiyə klubu mövsümün sonunda satınalma şərtindən istifadə etsə də, A Seriyası təmsilçisinə əlavə 2,5 milyon avro ödəyəcək.

Benkoviç “Udineze”yə 2022-ci ilin yanvarında qoşulsa da, bu komandada cəmi 2 matça çıxıb. O, “Ayntraxt” (Braunşveyq), “Dinamo” (Zaqreb), “Lester Siti”, “Seltik”, “Bristol Siti”, “Kardiff Siti” və “Leuven” kimi klublarda da çıxış edib, Xorvatiyanın əsas millisində 1 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button