Tottidən maraqlı etiraf

İtaliya millisinin və “Roma”nın sabiq kapitanı Françesko Totti maraqlı və bir qədər yumoristik açıqlaması ilə gündəmə gəlib.

Komanda.az “forzaroma.info”-ya istinadən xəbər verir ki, Totti ona ünvanlanan “kiminlə güclü spirtli içki paylaşardın və ya ağır içkidən sonra ayılardın” sualına belə cavab verib:

“Sərxoşluqdan sonra kiminlə ayılmışam? Nainqqolanla. O, bu işin əsl mütəxəssisidir”.

Totti 1993–2017-ci illər aralığında bütün karyerasını “Roma”ya həsr edib. Raca Nainqqolan isə 2014–2018-ci illərdə paytaxt klubunun şərəfini qoruyub.

“Roma” sonuncu dəfə 2001-ci ildə, məhz Tottinin karyerasının zirvə dövründə ölkə çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button