
“Roma” azarkeşləri Tottini gözləyir, o isə…
“Roma” azarkeşləri Françesko Tottinin klub rəhbərliyinə qayıdışını səbirsizliklə gözləsələr də, o, hazırda oğlu Kristian və sabiq motosikletçi Maks Biacci ilə birlikdə tətilini keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar İtaliyanın məşhur xizək kurortu Val Qardena şəhərində görülüblər və orada “Roma” azarkeşi olan sabiq Formula 1 sürücüsü Cankarlo Fisikella da olub.
Totti iki il paytaxt klubunda idman direktoru postunda çalışıb və 2019-cu ildə vəzifəsindən ayrılıb.
Totti futbolçu karyerasını yalnız “Roma”ya həsr edib və 2017-ci ildə yaşıl meydanlarla vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



