Tottinin A Seriyasını qazanmaq üçün 3 favoriti var

“Roma”nın sabiq oyunçusu Françesko Totti İtaliya A Seriyasının favoritlərinin adlarını açıqlayıb.

Komanda.az DAZN-ə istinadən xəbər verir ki, o, bu sıralamada “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Napoli”nin də adını çəkib:

“Bu mövsüm skudetto üçün üç favorit var: “İnter”, “Napoli” və “Milan”. “Milan”la bağlı fikrimi dəyişdim, çünki onlar həftədə yalnız bir oyun oynayırlar. Onların bərpa olunmaq və hazırlaşmaq üçün daha çox vaxtı var, Baş məşqçi Massimiliano Alleqrinin təsiri də vacibdir. Düşünürəm ki, bu üç komanda titul uğrunda sona qədər mübarizə aparacaq”.

“İnter” 11 turdan sonra 24 xalla turnir cədvəlinə başçılıq edir. “Roma”nın xal sayı eynidir və yalnız tol fərqinə görə geridə qalır. Ardınca 22 xalla “Milan” və “Napoli” gəlir. Beşinci və altıncı yerləri isə müvafiq olaraq 21 xalla “Bolonya” və 19 xalla “Yuventus” tutur.

“Napoli” ötən mövsüm A Seriyasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button