“Tottenhem”in yeni hədəfi – slovakiyalı futbolçu

İtaliyanın “İnter” klubunun futbolçusu Milan Skriniar karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” 25 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir. London klubunun Skriniarla danışıqlara başladığı bildirilir. Futbolçunun da Premyer Liqa klubunda oynamağa müsbət yanaşdığı deyilir.

“İnter” slovakiyalı futbolçunun transfer qiymətini 60 milyon avro olaraq müəyyənləşdirib. Onun klubla müqaviləsi 2023-cü ilin yayında bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button