“Tottenhem”in qapıçısı İtaliya klubuna keçməyə razılaşıb

Qapıçı Uqo Lloris “Tottenhem”i “Latsio”ya dəyişməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 36 yaşlı qolkiperi buraxmağa hazır olduğunu bildirib və dünya çempionunun özü də İtaliyaya köçməyə razılaşıb.

İndi “Latsio”, “Tottenhem” və futbolçunun nümayəndələri müqavilənin detalları ilə bağlı danışıqlar aparır. Müqavilənin iki illik olacağı gözlənilir.

Lloris “Tottenhem”də 11 mövsüm keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button