“Tottenhem”in Marmuş planı

“Mançester Siti”nin hücumçusu Omar Marmuş yanvar transfer pəncərəsində “Tottenhem”ə keçə bilər.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, London klubu Marmuşu alternativ olaraq “Bornmut”dan Antuan Semenyonun əvəzinə heyətə qatmağı ciddi şəkildə nəzərdən keçirir.

“Tottenhem” misirli futbolçunu icarəyə götürməyi və sonra satınalma şərtindən istifadə etməyi planlaşdırır.

26 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button