Keyn: “O, dünyanın ən yaxşı məşqçilərindən biridir”

“Tottenhem”in hücumçusu Harri Keyn komandanın baş məşqçisi Antonio Konte ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Keyn, italyan mütəxəssisin dünyanın ən yaxşı məşqçilərindən biri olduğunu söyləyib:

“Konte dünyanın ən yaxşı məşqçilərindən biridir. Son illərdə istədiyimiz səviyyəyə çata bilməmişik. Konte çox tələbkar biridir. O, bacardığı hər şeyi edir. Futbolçular onun tələblərinə yaxşı cavab verir, hər kəs uğurlu olmaq üçün çox çalışır. Klubdakı əsas hədəfimiz uğur qazanmaqdır. Futbolçuların vəzifəsi komandanı yüksək səviyyəyə apara biləcəyimizi baş məşqçiyə göstərməkdir”.

“Tottenhem” Premyer Liqada 5-ci sıradadır.