“Hamı məni təəccübləndirdi” – Poçettino

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının qrup mərhələsinin “Olimpiakos”la ilk oyunundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, 2:2 hesabıyla bitən görüş haqda bunları deyib:

“Məyus oldum. “Olimpiakos” qarşısında sərgilədiyimiz oyundan razı deyiləm. Oyunun əvvəlində bir planımız var idi, ancaq tətbiq edə bilmədik. Bu, taktika, texnika və ya oyunçu səviyyəsi ilə bağlı deyil. Döyüşmək üçün istəkli olmaq lazımdır.

Bu nəticədə hər kəs günahkardır. Hamı məni təəccübləndirdi. Mövsümün əvvəlindən bəri çox rahat qollar buraxırıq. Bunu dəyişdirmək məcburiyyətindəyik”.