
“Tottenhem”in əsas hədəfi odur
“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher “Tottenhem”in potensial transfer siyahısına başçılıq edir.
Komanda.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
London klubu bu həftə yeni yarımmüdafiəçi transferi üçün səylərini artırıb və əsas hədəf məhz Qallaherdir. 25 yaşlı futbolçu Premyer Liqaya qayıtmağa açıqdır. O, daha əvvəl İngiltərə çempionatında “Çelsi”, “Çarlton”, “Suonsi”, “Vest Bromviç” və “Kristal Pelas” klublarının formasını geyinib.
Qallaher cari mövsümdə bütün turnirlərdə 26 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



