Keyn Poçettino dövrünü həsrətlə xatırladı

“Tottenhem”in hücumçusu Harri Keyn London klubunun Maurisio Poçettino dövrünü xatırlayıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, həmin zamana nəzər yetirməli və yaxşı nəticələri həyata keçirmək üçün çalışmalı olduqlarını vurğulayıb:

“Həmin vaxt (2014-2019-cu illər) komandada gənc və təcrübəli oyunçular var idi. Futbolda çırtma vuraraq, yaxşı zamanlara qayıdıb “hər şey əvvəlki kimi olsun” demək mümkün deyil.

Hər mövsüm fərqli keçir. Mənə elə gəlir ki, o vaxtlar istədiyimizi əldə etməkdə bizə kömək olan dəyərlər və mədəniyyət var idi.

Məncə, son bir neçə ildir ki, bunun bir hissəsini itirmişik və geriyə baxıb ondan yaxşı nəticələr əldə edə biləcəyimizi görməliyik. Həm də, bunu həyata keçirməyə çalışmalıyıq”.

“Tottenhem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 54 xalla beşincidir.

Argentinalı mütəxəssis Poçettino 2018/19 mövsümündə paytaxt təmsilçisini UEFA Çempionlar Liqasının finalına çıxarmışdı. Onlar həlledici qarşılaşmada “Liverpul”a uduzmuşdular (0:2).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button