
“Tottenhem”də ən çox maaş alan futbolçu odur
“Tottenhem”də ən yüksək maaş alan futbolçu müəyyənləşib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu oyunçu 26 yaşlı yarımmüdafiəçi Konor Qallaherdir.
Qallaher qışda “Atletiko”dan transfer olunub. Keçidin dəyəri 40 milyon avro olub. O, London klubunda həftəlik təxminən 200 min funt-sterlinq qazanır. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2031-ci ilin iyununa qədərdir.
İngiltərəli yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 6 oyun keçirib və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



