“Tottenhem”in Verner planı

“Leyptsiq”dən icarəyə götürülmüş “Tottenhem”in hücumçusu Timo Verner London klubunda qala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi almaniyalı futbolçunun oyunundan razıdır və onunla tam müqavilə imzalamaqda maraqlıdır. Lakin “Tottenhem” hazırda Verneri 17 milyon avroya almağa tələsmir.

28 yaşlı hücumçu bu mövsüm ümumilikdə 23 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button