
Roy Kin “Tottenhem”i tənqid etdi
“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Tottenhem”in hazırkı problemləri barədə fikirlərini bölüşüb.
London komandası ötən gün “Kristal Pelas”a 1:3 hesabı ilə məğlub olub. Baş məşqçi İqor Tudorun rəhbərlik etdiyi komandanı bu nəticədən sonra Premyer Liqada düşmə zonasından cəmi bir xal ayırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Roy Kin, oyundan sonra “Tottenhem”in vəziyyətini sərt sözlərlə dəyərləndirib:
“Bu, “Tottenhem”in DNT-sində var. Onlar sizi daim məyus edəcəklər”.
“Tottenhem” hazırda Premyer Liqada 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Londonluların gerisində “Nottingem Forest” (28 xal), “Vest Hem” (28 xal), “Bernli” (19 xal) və “Vulverhempton” (16 xal) yer alır.
“Tottenhem” növbəti matçını UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində, səfərdə “Atletiko”ya qarşı keçirəcək.
Bizi Facebook-da izləyin



