
“Tottenhem” Simeone ilə danışıq aparıb
“Tottenhem” “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə “Indykaila News” məlumat yayıb.
İddiaya görə, London təmsilçisi argentinalı mütəxəssislə təmas qurub. Cavab olaraq bildirilib ki, Simeone növbəti yaydan etibarən işlə bağlı bütün təklifləri nəzərdən keçirməyə hazırdır.
“Tottenhem” daha əvvəl 2025-ci ilin yayından komandaya rəhbərlik edən Tomas Frankı istefaya göndərib və hazırda yeni baş məşqçi axtarışındadır.
Dieqo Simeone 2011-ci ildən bəri “Atletiko”nun “sükanı arxasında”dır və klub tarixinin ən uzunömürlü məşqçilərindən biri hesab olunur.
“Tottenhem” Premyer Liqada 26 turdan sonra 29 xalla turnir cədvəlinin 16-cı pillədə qərarlaşıb. Komanda növbəti turda “Arsenal”ı qəbul edəcək.
Bizi Facebook-da izləyin



