“Tottenhem” onu “Real”a və “Bayern”ə satmaq niyyətində deyil

“Tottenhem” yarımmüdafiəçisi Arçi Qreyi “Real” və ya digər klublara buraxmaq niyyətində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi 19 yaşlı futbolçunu təkcə gələcək deyil, həm də indiki vaxt üçün vacib oyunçu hesab edir. Klubun onu satmaq planı yoxdur və artıq saxlamaq üçün addımlar atır.

İngiltərəli yarımmüdafiəçinin “Real” və “Bayern” tərəfindən izlənildiyi bildirilir. “Tottenhem” onu 2024-cü ilin yayında “Lids”dən 40 milyon avrodan çox pul ödəməklə alıb. O, londonlularla müddəti 6 il olan müqavilə imzalayıb.

Qrey bu mövsüm bütün yarışlarda 27 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button