“Tottenhem”in prezidentindən Mourinyo ilə bağlı açıqlama

“Tottenhem” klubunun prezidenti Daniel Levi komandanın baş məşqçi postundan göndərilən Joze Mourinyo haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Levi, Mourinyonun ayrılmasına belə münasibət bildirib:

“Mourinyo böyük insan və əsl mütəxəssis idi. Onunla işləmək xoş idi. Hər şeyin bu şəkildə baş verməsi təəssüfləndirir. Hər zaman onu görməkdən məmnun olacağıq”.

“Tottenhem”də bu gün Mourinyonun müqaviləsinə xitam verilib. Komandanı mövsümün sonuna qədər Rayan Meyson çalışdıracaq.

“Tottenhem” Premyer Liqada 7-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button