Niko Uilyams İngiltərə klubunun “radar”ındadır

“Atletik”in vingeri Niko Uilyams karyerasını “Tottenhem”də davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 23 yaşlı oyunçunu transfer etmək istəyir və onu komandadan gedən Brennan Consonun potensial əvəzləyicisi kimi görür.

Ancaq Uilyamsın transferi çətin olacaq. Çünki onun “Atletik”lə müqaviləsinin müddəti 2035-ci ilə qədər nəzərdə tutulub, illik maaşı təxminən 21 milyon avrodur.

İspaniyalı futbolçu cari mövsümdə 19 oyunda iştirak edib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button