
“Tottenhem” “Monako”nun futbolçusu ilə maraqlanır
“Monako”nun vingeri Maqnes Akliuş karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “Tottenhem” 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün ciddi səylər göstərir.
“Monako” Akliuşun transferi üçün 57 milyon avrodan yüksək məbləğ tələb etməyi planlaşdırır. “Tottenhem”in ona marağı ötən ilin sonlarında da gündəmə gəlmişdi.
Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə “Monako”nun heyətində 23 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



