Torres DÇ-2026 haqda: “Təzyiq var”

“Barselona”nın və İspaniya millisinin hücumçusu Ferran Torres yığma komandanın qarşıdan gələn dünya çempionatındakı perspektivləri barədə danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, böyük bir təzyiqin olduğunu söyləyib:

“Təzyiq var, bunu inkar etməyəcəyik. Bütün ölkənin bizə güvəndiyini bilərək turnirə qatılırıq. Amma biz bu təzyiqi sevirik, insanları xoşbəxt etmək istəyirik. Kuboku İspaniyaya gətirmək üçün əlimizdən gələni edəcəyik”.

İspaniya millisi qrup mərhələsində Kabo-Verde, Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button