“Torino”dan üstün deyildik” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasıın” 26-cı turunun “Torino” ilə matçından (1:1) sonra fikirlərini bildirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandanın yeni transferi Duşan Vlahoviçin də çıxışına toxunub:

“Bir məqam vacibdir, son iki-üç ayın müsbət seriyasını davam etdirmişik. Asan oyun olmadı. “Torino”dan üstün deyildik, amma yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə çox diqqətli olmadıq.

Uşaqlar fədakarlıq və intensivlik baxımından yaxşı oyun nümayiş etdirdilər, sona qədər qələbə qazanmağa çalışdılar. Bu matç Vlahoviç üçün asan olmadı. O, öyrənməli çox şeyi olan çox yaxşı futbolçudur. Unutmayaq ki, Vlahoviç bizə çox yaxşı mövsüm keçirən, lakin həftədə bir dəfə oynayan komandadan (“Fiorentina”dan) gəlib. O, böyüməlidir, buna öyrəşməlidir, əks halda, üç gündən bir fiziki olaraq oynaya bilməz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button