“Messi çox qaçmayan futbolçudur” – “Real”ın yarımmüdafiəçisi

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa indiyə qədər qarşılaşdığı ən yaxşı futbolçunun kim olduğu sualını cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı vinger, Lionel Messinin çox qaçmayan futbolçu olduğunu bildirib:

“Bu, Lionel Messidir. O, çox qaçmayan futbolçudur. Amma topa toxunduqda onun səviyyəsinin çox yüksək olduğunu dərhal hiss edirsən”.

Kamavinqa bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button