Almaniyalı futbolçu top-klubların hədəfindədir

“Ştutqart”ın yarımmüdafiəçisi Angelo Ştiller Avropanın bir sıra aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klublar arasında “Real”, “Mançester Siti”, “Liverpul” və “Bayern” yer alır.

Bundan əlavə, “Fənərbaxça” və “Beşiktaş” da almaniyalı futbolçunun vəziyyətini yaxından izləyir.

Ştillerin “Ştutqart”la müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. O, cari mövsümdə Bundesliqada 25 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button