
İngiltərəli futbolçu “Aston Villa”da qalacaq
“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersin komandada qalma ehtimalı yüksəkdir.
23 yaşlı futbolçuya Avropanın bir sıra aparıcı klubları maraq göstərir. Onların arasında “Çelsi”, “Real”, “Liverpul” və “Mançester Yunayted” də var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bunlara baxmayaraq, ingiltərəli yarımmüdafiəçinin “Aston Villa”da qalma ehtimalının yüksək olduğu vurğulanır. Onun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.
Morqan cari mövsümdə bütün turnirlər daxil olmaqla 48 oyunda meydana çıxıb, 12 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



