“Real” kimi klub sizə zəng edəndə iki dəfə düşünmək lazım deyil”

“Real”da icarə əsasında çıxış edən “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa “Bayern”ə keçməyə yaxın olduğunu açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 28 yaşlı qolkiper Münhenə getməyə yaxın olduğunu bildirib:

“Tomas Tuxel mənə zəng etdi. Münhenə getməyə yaxın idim. Rəhbərliyi altında çox oynamadığın baş məşqçi sənin onun komandasında olmanı istədiyini deyəndə, bu, xoş hissdir. Amma Tibo Kurtuanın zədəsi kimi xoşagəlməz hal üzündən “Real”da oynamaq imkanım oldu. “Real” kimi klub sizə zəng edəndə iki dəfə düşünmək lazım deyil”.

İspaniyalı qapıçı ötən mövsüm İngiltərə Premyer Liqasında 29 matçda iştirak edib, 33 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button