Verner MLS klubu ilə anlaşıb

“Leyptsiq”in hücumçusu Timo Verner karyerasını ABŞ-da davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu MLS təmsilçisi “San-Xose Ertkveyks”ə keçid barədə tam razılığa gəlib.

Verner artıq Amerika klubunda tibbi müayinədən keçib. Onun “Leyptsiq”lə olan müqaviləsi isə qarşılıqlı razılaşma əsasında ləğv olunub. O, fevralın sonundan etibarən ABŞ klubunun heyətində çıxış etməyə başlayacaq.

“Leyptsiq” müqavilənin pozulmasına görə Vernerə 2 milyon avro təzminat ödəyib. O, 2022-ci ildə “Çelsi”dən 20 milyon avro qarşılığında “Leyptsiq”ə keçmişdi. Verner daha əvvəl də 2016–2020-ci illərdə Almaniya klubunun formasını geyinib.

29 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 3 oyunda iştirak edib (ümumilikdə 13 dəqiqə meydanda olub).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button